Haqqımızda

BIZ GÖZƏL VƏ FUNKSİONAL MƏKANLAR YARADIRIQ

Hər bir layihəsinin unikal bir tarixə çevrildiyi TANDEM ARCHITECTURE DESIGN GROUP dünyasına xoş gəlmişsiniz.

Biz 20 ildən artıqdır ki, aparıcı memar Emin Şahbazovun rəhbərliyi altında memarlıq və dizayn sahəsində fəaliyyət göstəririk. Komandamız mürəkkəbliyinə və təyinatının funksionallığına görə fərqli layihələr işləyib hazırlayır, şəxsi və ictimai məkanlar üçün müasir interyerlər yaradır.

Biz öz missiyamızı bir insanın hərtərəfli inkişafı və özünü gerçəkləşdirməsi üçün Sizin tələblərinizə və xəyallarınıza uyğun olacaq müəyyən üslubda olan və rahat məkanın yaradılmasında görürük.

Yaratdığımız layihələrin uzunömürlü və etibarlı olmasını təmin etmək üçün yalnız yüksəkkeyfiyyətli materiallardan və müasir həllərdən istifadə edirik. Dizaynlarımızın hər biri müəllif yanaşmasının əks olunduğu ən kiçik detallara qədər düşünülmüşdür.

Biz müştərilərimizə və nüfuzumuza dəyər veririk, buna görə öhdəliklərimizi qüsursuz yerinə yetiririk və işin keyfiyyətinə və aparılma müddətlərinə görə tam məsuliyyət daşıyırıq.

Öz işinin peşəkarı olan komandamız Sizin xəyallarınızı gerçəkləşdirəcək.