İnteryer dizaynı evin və ya digər yaşayış sahəsinin interyerini və ya daxili məkanını layihələndirmə sənəti və prosesidir, üzərində peşəkarlardan ibarət bütöv komandanın işlədiyi çoxşaxəli mürəkkəb bir işdir.
İstənilən layihə ölçmələrdən, üstünlüklər və istəklər predmeti üzrə sifarişçi ilə ünsiyyətdən, ilkin planlaşdırma qərarlarından başlayır. Bu işin çox vacib bir hissəsidir. Bu mərhələdə biz müştərinin stilistika ilə bağlı nəyə üstünlük verdiyini, gələcək layihənin funksional xüsusiyyətlərini müzakirə edirik. Bundan sonra, nəticədə redaktə olunacaq və tamamlanacaq ilkin eskiz yaradılır. Yaşamaqdan və işləməkdən zövq alınacaq ideal interyer məhz bu cür meydana gəlir.
Mənzil, ev, ofis, mağaza və ya restoranın dizaynı uğura gedən yolda çox vacib addımdır. Həm rahat yaşayış, həm də uğurlu biznes məhz qüsursuz şəkildə yaradılmış dizayndan asılıdır.
Yalnız əsl peşəkar sadə yaşayış sahəsini rahat və səliqəli bir evə çevirə, ofisi isə markanın və korporativ həllərin əks olunduğu hala gətirə bilər.
Təmirə peşəkar yanaşmada komandamız Sizin etibarlı köməkçinizdir. Biz layihələndirmədə məlumatsızlıq səbəbindən asanlıqla yol verilə biləcək bir çox xətanın qarşısını almaqda kömək edəcəyik, məhz Sizin interyerinizə uyğun olan material və həlləri seçəcəyik, işlərin dəyərini və mümkün riskləri hesablayacağıq, mümkün olan bütün qiymət variantlarını göstərəcəyik, bütün nüansları və özəllikləri nəzərə alacağıq, çünki bizim işimizdə “əhəmiyyətsiz şeylər” olmur.
Eksteryer dedikdə istənilən binanın xarici görünüşünün dizayn tərtibatı nəzərdə tutulur. Fasad dizaynı anlayışı əksəriyyət üçün daha çox tanışdır.
Eləcə də dizayn yaradılan zaman binadan başqa ona bitişik ərazi, bütün məişət və memarlıq tikililəri də nəzərə alınır. Üstəlik hər şey ümumi vahid üslubda aparılır, əgər bir neçə üslubdan istifadə olunursa, istənilən halda hər şey ahəngdar şəkildə uyğunlaşacaq və bir-birini tamamlayacaq. Siz qalan bina və tikililərin fonunda ayrıca seçiləcək gözəl, ahəngdar, müəyyən üslubda, müasir xoş təsvir görəcəksiniz.
Eksteryer dizayn istənilən üslubda yerinə yetirilir, bu klassika, minimalizm və digər bütün müasir və dəbdə olan üslub istiqamətləri ola bilər.
Gözəllik və estetika ilə yanaşı, fasadın işlənməsi üçün istifadə olunan materiallar yüksək keyfiyyəti və yararlılığı ilə fərqlənməlidir. Mütəxəssislərimiz şaxtaya davamlılıq, rütubətə davamlılıq kimi yüksək qoruyucu keyfiyyətlərə malik olan, evi günəş şüalarından və divarları korroziyanın yaranmasından qoruyacaq tikinti və bəzək materiallarını seçməkdə kömək edəcək.
Şirkətimiz, yaradılmış dizaynı gerçəkləşdirdikdən sonra evinizin eksteryerinin necə görünəcəyini 3D vizual təsvirin köməyi ilə Sizə göstərəcək. İlkin vizual təsvir sizə dizayn və təmir işlərinə başlamadan əvvəl nəyisə dəyişdirmək və ya əlavə etmək imkanı verəcək. Yekunda xəyalınızdakı fasadı əldə etmək üçün həm üslubu, həm də rəngi dəyişə bilərsiniz.
İnsanların öz ərazilərinə olan münasibətin dəyişməsi hesabına son illərdə landşaft layihələrinin populyarlığı dəfələrlə artmışdır.
Əgər əvvəllər hamı kütləvi şəkildə meyvə ağacları əkirdisə, indi evə bitişik ərazi, hər şeydən əvvəl, istirahət yeri kimi qəbul edilməyə başlamışdır. Bu halda məkanın xüsusi estetikasının yaradılması və fərdiləşdirilməsi üçün landşaft dizayn layihəsi lazımdır. Burada evlərinin yanında xəyallarındakı bağçanı görmək istəyən ev sahiblərinin öz arzuları əks olunmuşdur.
Müştəri öz evi ətrafındakı ərazini dəyişdirmək zərurətini dərk etdiyi zaman iş başlayır. Buraya bitkilərin bir-birinə mane olmaması və uzunmüddətli böyüməsi üçün bütün şərtlərlə təmin olunmasının, işıqlandırmanın quraşdırılmasının, istirahət zonasının yaradılmasının, qazon və yolların təşkil edilməsinin, drenaj sisteminin quraşdırılmasının və estetika və rahatlıq baxımından zonalara ayırmanın məharətlə bölüşdürülməsinin nəzərə alındığı məkanın təşkil edilməsi daxildir.
Landşaft dizaynın layihələndirilməsi yalnız gələcək bağçanın vizual modelinin yaradılmasını deyil, həm də onun həyata keçirilməsinin bütün xərclərinin dəqiq hesablanmasını nəzərdə tutur.
Sifarişçilərin fantaziyalarının necə olmasına baxmayaraq, dizaynerlərimiz onları həyata keçirə bilər.
Sizin, doğmalarınızın və yaxınlarınız mənəvi istirahət etməsi üçün rahat yer yaradırıq.
TANDEM ARCHITECTURE DESIGN GROUP şirkəti fərdi evlərin, ictimai binaların, kommersiya və sənaye obyektlərinin fərdi memarlıq layihəsini təklif edir.
Memarlıq layihəsinin işlənib hazırlanması evdə açıqlıq mühiti yaradan, dostluq əlaqələrini möhkəmləndirən sosial prinsiplərdən istifadə olunmasını ehtiva edir. Təklif olunan ideyaları tam həyata keçirmək üçün işimizdə Sizin təklif və tələblərinizi nəzərə alırıq.
Qüsursuz şəkildə hazırlanmış layihə hətta materialları satın alınmazdan və inşaatçılar dəvət edilməzdən əvvəl xarici görünüş, kommunikasiyaların çəkiliş sxemi və digər nüanslar haqqında bir təsəvvürə malik olmağa imkan verir.
Peşəkar layihələndirmə əsasında mühəndis şəbəkələri, o cümlədən havalandırma, isitmə, su təchizatı, elektrik xətləri və xarici şəbəkələr işlənib hazırlanır. Təhlükəsiz və rahat yaşayışın, iş mühitinin təmin edilməsi üçün bütün incəliklər nəzərə alınacaqdır.
Komandamız memarlıq layihəsi ilə yanaşı landşaftın abadlaşdırılmasının da üzərində işləyə bilər. Sizə yaşıllaşdırma üçün optimal variant təklif edərik, eləcə də saxlanması üçün minimum kənar müdaxilənin tələb olunduğu sistem işləyib hazırlayarıq.
Layihələrimizin hər birini daha yaxşı etmək üçün memarlıq layihəmizdə unikal yanaşma və metodologiya tətbiq etməyə çalışırıq.
Komandamız bina və obyektlərin təmiri ilə bağlı istənilən mürəkkəblikdə vəzifələrin həllini öz üzərinə götürməyə hazır olan təcrübəli mütəxəssislərdən ibarətdir. Biz, işlərimizin yüksək keyfiyyətini və davamlılığını təmin etmək üçün, yalnız yoxlanılmış materiallar və müasir avadanlıqdan istifadə edirik.
Mənzil sahibi üçün onun daşınmaz əmlakının təmir olunması bilavasitə bir çox problemlərin həlli ilə: icraçıların seçimi ilə, tikinti və bəzək materiallarının seçilməsi ilə, onların satın alınması və çatdırılması ilə, təmir prosesinə daima nəzarət olunması ilə bağlıdır. Hər kəs öz gücünü və öz vaxtını buna sərf etməyə hazır deyil. Bu cür hallar üçün uyğun olan həll mənzilin tam təmiri olacaq.
Bizim məqsədimiz təmir prosesini müştərilərimiz üçün asan və əlverişli etməkdir.
TANDEM ARCHITECTURE DESIGN GROUP -un həyata keçirdiyi tam təmir dizayn-layihənin işlənib hazırlanmasını, təmir işlərini və obyektin mebel, sanitariya texnikası və avadanlıqla tamamlanmasını əhatə edən kompleks xidmətdir.
Bütün işlərlə, o cümlədən materialların satın alınması və çatdırılması ilə şirkətimizin mütəxəssisləri məşğul olur və eyni zamanda buna görə məsuliyyət daşıyırıq.
Tam təmir həm yeni binalar üçün, həm də ikinci yaşayış evi üçün aktualdır. Hər iki halda sifarişçinin iştirakı minimuma endirilir. Onun yalnız tərtibatla bağlı öz istəklərini bildirməsi, sonra isə sadəcə işlərin müxtəlif mərhələlərini razılaşdırması lazımdır. Nəticədə sifarişçi müəyyən üslubda və bununla eyni zamanda onun vəzifə və istəklərinə uyğunlaşdırılmış funksional interyer əldə edir.
Müəllif nəzarəti layihənin rəhbəri olan dizaynerin həyata keçirdiyi xidmət növüdür. Layihənin həyata keçirilmə prosesinin bilavasitə obyektdə müşayiət olunmasını ifadə edir. Müəllif müşayiəti aşağıdakı xidmətləri nəzərdə tutur:
Layihəyə mütəxəssis tərəfindən müəllif nəzarəti Sizi tikintidə bir çox proseslərdən əhəmiyyətli dərəcədə azad edir. Təmir və ya tikinti 6 aydan bir ilədək davam edə bilər, bu müddət ərzində bir çox məsələləri həll etmək lazımdır. Təcrübənin göstərdiyi kimi, həyata keçirilmə zamanı həmişə operativ şəkildə həll edilməli olan mübahisəli anlar və əlavə suallar yaranır.
İşimizə və başa çatdıqda nəticəyə olan sevgimiz düşünülmüş layihənin həyata keçirilməsi üçün əsas mexanizmdir.
Bizimlə əlaqə saxlayın